Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Samir Əhməd oğlu Xəlilinin ailəsi ziyarət edib

01 oktyabr 2025 | 17:25

01 oktyabr 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Vətən müharibəsi şəhidi Xəlili Samir Əhməd oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhid ailələrinin hər zaman dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial vəziyyətlərinin daim diqqətdə saxlanıldığını və göstərilən sosial dəstək tədbirlərinin bundan sonra da davam ediləcəyi vurğulanıb.

Şəhidin ailə üvzləri onlara göstərilən dəstəkləri hər zaman hiss etdiklərini, dövlətin onların yanında olduğunu və buna görə də müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Samir Xəlili 1 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Samir Xəlili ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər