Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Ülvi Pənahovun məzarı ziyarət edilib

07 oktyabr 2022 | 15:33

07 oktyabr 2022-ci il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Pənahov Ülvi Nizami oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Ülvi Pənahov 3 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər