Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Vüqar Cəfərovun ailəsi ziyarət edilib

26 sentyabr 2023 | 14:18

26 sentyabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsində şəhid olmuş Cəfərov Vüqar İnşallah oğlunun ailəsini ziyarət ediblər.

İlk öncə şəhidin xatirə kompleksinin önünə gül dəstələri qoyulub.

Ziyarət zamanı şəhid  Vüqar Cəfərovun şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Ziyarət zamanı həmçinin şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 5 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində  gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər