Vətən müharibəsi şəhidi Vüqar Cəfərovun doğum günündə xatirəsi anılıb
23 mart 2026-cı il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olmuş Cəfərov Vüqar İnşallah oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak ediblər.
Şəhidin məzarı önündə xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Vüqar Cəfərov Cəbrayılın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib və 05 oktyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycan Respuiblikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.






