Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Vüqar Cəfərovun doğum günündə xatirəsi anılıb

23 mart 2024 | 15:41

23 mart  2024-cü il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olmuş Cəfərov Vüqar İnşallah oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Çoşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov iştirak ediblər.

Şəhidin məzarı önündə xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Vüqar Cəfərov Cəbrayılın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib və 05 oktyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycan Respuiblikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər