Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Vüqar İnşallah oğlu Cəfərovun məzarı ziyarət edilib

05 oktyabr 2026 | 16:19

05 oktyabr 2026-cı il tarixində Hərbi Memorial Məzarlığında Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olmuş Cəfərov Vüqar İnşallah oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılov, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Şəhidin məzarı önündə xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 5 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində  gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər