Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Yaqub Eldəniz oğlu Yaqubzadənin anım günündə məzarı ziyarət edilib

03 oktyabr 2026 | 15:53

03 oktyabr 2026-cı il tarixində Qala qəsəbəsində Vətən müharibəsi şəhidi Yaqubzadə Yaqub Eldəniz oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İldırım Mehdiyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Yaqub Yaqubzadə 2 oktyabr 2020-ci il tarixində Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yaqub Yaqubzadə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Keçidlər