Vətən müharibəsi şəhidi Yaqub Eldəniz oğlu Yaqubzadənin anım günündə məzarı ziyarət edilib
03 oktyabr 2025 | 11:14
03 oktyabr 2025-ci il tarixində Qala qəsəbəsində Vətən müharibəsi şəhidi Yaqubzadə Yaqub Eldəniz oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Yaqub Yaqubzadə 2 oktyabr 2020-ci il tarixində Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yaqub Yaqubzadə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.






