Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Zəbiyulla Məmmədovun məzarı ziyarət edilib

04 noyabr 2023 | 15:54

04 noyabr 2023-cü il tarixində Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında Məmmədov Zəbiyulla Şahin oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin rəisi Elxan Feyziyev, RİHBA-nın məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Zəbiyulla Məmmədov 04.11.2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər