Vətən müharibəsi şəhidi Zəbiyulla Məmmədovun xatirəsi anılıb
2026-cı il 4 noyabr tarixində Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Məmmədov Zəbiyulla Şahin oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri və yaxınları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İldırım Mehdiyev, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Zəbiyulla Məmmədov 04.11.2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Zəbiyulla Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.06.2026-cı il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.






