Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Zəbiyulla Şahin oğlu Məmmədovun məzarı ziyarət edilib

04 noyabr 2025 | 11:20

04 noyabr 2025-ci il tarixində Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Məmmədov Zəbiyulla Şahin oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri və yaxınları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, RİHBA-nın məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Zəbiyulla Məmmədov 04.11.2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər