Vətən müharibəsi şəhidləri Alı Həsənli və Rəfael İbrahimovun məzarları ziyarət edilib
21 oktyabr 2023-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Həsənli Alı Nofəl oğlunun və İbrahimov Rəfael Emin oğlunun məzarları ziyarət edilib.
Anım mərasimində şəhidlərin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin rəisi Elxan Feyziyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Alı Həsənli 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində, Rəfael İbrahimov isə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşlar. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümlərindən sonra Alı Həsənli "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə, Rəfael İbrahimov "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.