Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Alı Nofəl oğlu Həsənli və Rəfael Emin oğlu İbrahimovun məzarları ziyarət edilib

21 oktyabr 2026 | 14:28

21 oktyabr 2026-cı il tarixində Keşlə Şəhidlər Xiyabanında Həsənli Alı Nofəl oğlunun və İbrahimov Rəfael Emin oğlunun məzarları ziyarət edilib.

Anım mərasimində şəhidlərin ailə üzvləri və yaxınları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Alı Həsənli 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində, Rəfael İbrahimov isə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşlar. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümlərindən sonra Alı Həsənli "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə, Rəfael İbrahimov "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Alı Həsənli və Rəfael İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.06.2026-cı il tarixli Sərəncamına əsasən ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişlər.  

Keçidlər