Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Eltun Qasımov və leytenant Namiq Cavadovun ailələri ziyarət edilib

10 iyul 2025 | 17:21

10 iyul 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidləri Qasımov Eltun Vüqar oğlunun  və leytenant Cavadov Namiq Rəhbər oğlunun ailələrini ziyarət ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid Eltun Qasımovun atası Vüqar Qasımovu doğum günü münasibətilə təbrik edib.

Görüşlər zamanı Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Eltun Qasımov 14 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Leytenant Namiq Cavadov 25 oktyabr 2020-ci il tarixində Füzuli, Xocavənd  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər