Vətən müharibəsi şəhidləri Hüseyn Fərhad oğlu Muradov və Əliyev Denis Aleksandroviçin xatirələri anılıb
08 oktyabr 2025-ci il tarixində Keşlə Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri Muradov Hüseyn Fərhad oğlu və Əliyev Denis Aleksandroviçin məzarları ziyarət edilib.
Anım mərasimində şəhidlərin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, ictimaiyyətin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Hüseyn Muradov 08 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Denis Əliyev 08 oktyabr 2020-ci il tarixində Cəbrayıl döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.






