Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Hüseyn Muradov və Denis Əliyevin xatirələri anılıb

08 oktyabr 2022 | 16:37

08 oktyabr 2022-ci il tarixində  Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri Muradov Hüseyn Fərhad oğlu və Əliyev Denis Aleksandroviçin məzarları ziyarət edilib.

Anım mərasimində şəhidlərin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Hüseyn Muradov  08 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Denis Əliyev 08 oktyabr 2020-ci il tarixində Cəbrayıl döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər