Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri leytenant Kənan Süleymanlı və leytenant Teymur Məcidzadənin xatirəsi anılıb

10 noyabr 2022 | 13:52

10 noyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda leytenant Süleymanlı Kənan Sadıx oğlunun və leytenant Məcidzadə Teymur Tehran oğlunun məzarları ziyarət edilib.

Anım mərasimində şəhidlərin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Kənan Süleymanlı 09 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Teymur Məcidzadə 09 noyabr 2020-ci il tarixində Şuşa döyüşlərində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər