Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Rafael Mailov və Murad Məmmədovun xatirələri anılıb

15 oktyabr 2022 | 15:26

Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında 14 oktyabr 2022-ci il tarixində Mailov Rafael İlqar oğlunun və 15 oktyabr 2022-ci il tarixində Məmmədov Murad Elşən oğlunun məzarları ziyarət edilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Rafael Mailov 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, Murad Məmmədov 15 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər