Vətən müharibəsi şəhidləri Samir Xəlili və çavuş Toğrul İsayevin ildönümlərində məzarları ziyarət edilib
01 oktyabr 2024-cü il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsində şəhid olmuş Xəlili Samir Əhməd oğlu və çavuş İsayev Toğrul Natiq oğlunun məzarları ziyarət edilib.
Anım mərasimində şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və rayonun gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, çavuş Toğrul İsayev 30 sentyabr 2020-ci il tarixində, Samir Xəlili isə 1 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıblar.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Samir Xəlili və çavuş Toğrul İsayev ölümlərindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif ediliblər.