Vətən müharibəsi şəhidləri Samir Xəlili və Toğrul İsayevin xatirələri yad edilib
01 oktyabr 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş Xəlili Samir Əhməd oğlu və çavuş İsayev Toğrul Natiq oğlunun məzarları ziyarət edilib.
Məzarlıqda keçirilən anım mərasimində şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İldırım Mehdiyev, RİHBA-nın məsul əməkdaşları və şəhidlərin yaxınları iştirak ediblər. Mərasimdə şəhidlərin xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid Samir Xəlilinin valideynlərinin yaşadığı evdə olub, ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.
Qeyd edək ki, çavuş Toğrul İsayev 30 sentyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Toğrul İsayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Samir Xəlili isə 1 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.






