Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Teymur Məcidzadənin, Anar Qumaşovun və Toğrul İsayevin ailələri ziyarət edilib

25 sentyabr 2026 | 15:50

25 sentyabr 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsi şəhidləri Məcidzadə Teymur Tehran oğlunun, Qumaşov Anar Saleh oğlunun və İsayev Toğrul Natiq oğlunun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlər görüləcəyini bildirilib. Eyni zamanda, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Teymur Məcidzadə 09 noyabr 2020-ci il tarixində Şuşa döyüşlərində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, Anar Qumaşov 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Çavuş Toğrul İsayev 30 sentyabr 2020-ci il tarixində  Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən çavuş Toğrul İsayev  ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər