Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar növbəti dəfə “mygov” platforması barədə məlumatlandırılıb

23 oktyabr 2026 | 17:40

Nizami Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir çərçivəsində əhalinin rəqəmsal savadlılığını artırmaq və dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq məqsədilə sakinlər arasında "Mygov" platformasına dair maarifləndirmə həyata keçirib.

Tədbir çərçivəsində İcra Hakimiyyətinin əməkdaşları sakinlərlə, o cümlədən yaşlı vətəndaşlarla fərdi söhbətlər apararaq tətbiqin imkanları, elektron sənədlərə çıxış və xidmətlərdən istifadə qaydaları barədə ətraflı bilgi veriblər. Sakinlərə platformanın funksionallığını əks etdirən və QR kod vasitəsilə tətbiqi yükləməyə imkan yaradan məlumatlandırıcı broşürlər paylanılıb.

Qeyd edək ki, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"na əsasən, rəqəmsal dövlət xidmətlərinin "Mygov" və "Mygov Biznes" üzərindən "bir pəncərə" prinsipi ilə göstərilməsi nəzərdə tutulur. Bu istiqamətdə maarifləndirmə işləri gələcəkdə də davam etdiriləcək.

Keçidlər