"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Nizami rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
26 sentyabr 2024-cü il tarixində Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən ərazidə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Ekoloji tarazlığın bərpası və havanın keyfiyyətinin artırılması məqsədilə təşkil olunan növbəti agacəkmıə aksiyasında 230 ədəd Eldar şamı əkilib və müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
Qeyd edək ki, iki hektar sahəsi olan bu ərazi vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmişdir. Cari ilin aprel ayının 16-da “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə həmin ərazi könüllülərin iştirakı ilə tullantılardan təmizlənmiş və torpaq qatının tökülməsi ilə rekultivasiya edilmişdir. Həmçinin Leyla Əliyevanın iştirakı ilə ərazinin bir hissəsində ilk ağacəkmə aksiyası təşkil olunmuşdur.