“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Nizami rayonunda yaşıllıq zolaqlarının artırılması istiqamətində işlər davam etdirilir
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə möhtərəm Prezident cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir.
Sərəncamdan irəli gələn tapşırıqlara uyğun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
Payız mövsümü ilə əlaqədar 18-27 oktyabr tarixlərində respublikanın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da ağacəkmə aksiyaları təşkil edilir.
Aksiya çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıqların salınacağı ərazilər öncədən müəyyən edilir, yerli iqlim şəraitinə uyğun olan Eldar şamları, dekorativ kollar əkilir, qazonlar döşənir, əsas prospektlərin kənarlarında gül kollarından ibarət kompozisiyalar yaradılır.
Qeyd edək ki, rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıq işləri davam etdirilir.