Zəfər Günündə “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksi ziyarət olunub
08 noyabr 2024 | 09:45
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Könül Nurullayeva, hüquq-mühafizə orqanlarının, idarə, müəsisə və təşkilatların rəhbərləri, gənclər, rayon ictimaiyyəti, qazilər, şəhidlərin ailə üzvləri və yaxınları “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər