Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günündə şəhid Zakir Cəfərovun məzarı ziyarət edilib

08 noyabr 2025 | 15:23

08 noyabr 2025-ci il tarixində Keşlə qəbirstanlığında şəhid Zakir Nazim oğlu Cəfərovun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Zakir Cəfərov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Şücaətə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Keçidlər