Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfərlə İrəli” devizli mini-futbol turnirinin Nizami rayon mərhələsi keçirilib

20 oktyabr 2026 | 17:24

Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional İctimai İnkişaf Birliyinin təşkilatçılığı ilə “Bakı 2026 – Dünyanın İdman Paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Qara Qarayev prospekti 18 ünvanında 2026-cı il 19–20 oktyabr tarixlərində “ABAD məhəllə” komandaları arasında “Zəfərlə İrəli” devizli mini-futbol turnirinin Nizami rayon mərhələsi keçirilib.

Turnirdə 9 komanda olmaqla, ümumilikdə 108 iştirakçı mübarizə aparıb.

Yarışın nəticələrinə əsasən I yerə 10 nömrəli tam orta ümumtəhsil məktəbinin, II yerə 32 nömrəli tam orta ümumtəhsil məktəbinin, III yerə isə 62 nömrəli məktəb-liseyin komandaları layiq görülüb.  

Keçidlər