Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti abad həyət istifadəyə verilib

14 dekabr 2021 | 16:00

14 dekabr 2021-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Nizami rayonunda növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Naxçıvanski küçəsi 78, 80, 86, 94, 94A, 94B ünvanında 1500 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə futbol və basketbol meydançaları, müxtəlif idman qurğuları, velosiped yolu, şahmat meydançası, uşaqlar üçün oyun meydançaları salınıb. Həyətin ərazisində 7 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları, pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, liftlər yenilənib, təhlükəsizlik kameraları quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 350 ağac çoxsaylı kol və güllər əkilib, 1500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Keçidlər