Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib

15 sentyabr 2020 | 16:00

15 sentyabr 2020-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən, 1500 nəfərə yaxın sakinin yaşadığı 88, 90, 92 saylı binaları əhatə edən növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

Abadlaşdırılan həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Məhəllədə mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ağac əkilib və 1330 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Eyni zamanda, həyətdə sağlamlıq imkanları məhdud olan insanların da rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif idman-əyləncə qurğuları quraşdırılıb, futbol və şahmat meydançaları salınıb. Həmçinin məhəllədə 8 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Abadlaşdırılan həyətdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, dezinfeksiya dispenserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

 

Keçidlər