Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda dezinfeksiya işləri aparılıb

26 sentyabr 2020 | 16:00

Koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nizami rayonunda ardıcıl tədbirlər həyata keçirilir.

26 sentyabr 2020-ci il tarixində rayonun küçə və prospektləri, eyni zamanda Keşlə qəsəbəsinin bütün məhəllədaxili yolları və küçələri xüsusi texnika vasitəsilə dezinfeksiyaedici kimyəvi məhlullarla yuyulub.

Bundan əlavə, rayon ərazisindəki parklar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, ödəniş terminalları və bankomatlar, avtobus dayanacaqları və məhəllələr zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya olunub.

 

 

Keçidlər