Şriftin ölçüsü :

Saytın rəngi :

COP29 tədbiri çərçivəsində Nizami rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri sürətlə davam etdirilir

16 sentyabr 2024 | 11:49

Dövlət başçısının abadlıq və tikinti-quruculuq işlərinin günün tələbləri səviyyəsində aparılmasına dair verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq paytaxt Bakıda, o cümlədən Nizami rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Aparılan tədbirlər çərçivəsində rayonun küçə və prospektləri abadlaşdırılır, çoxmənzilli yaşayış binalarının fasadları, dam örtükləri təmir olunur, yol kənarındakı səkilər yenidən qurulur. 

Bakı şəhərində cari ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində son aylar ərzində rayon ərazisində 15 yaşayış binasında fasadların, dam örtüklərinin təmiri və rənglənməsi başa çatdırılmış, 67 binada işlər davam etdirilir, təmiri nəzərdə tutulan digər binalarda isə hazırlıq işlərinə başlanılmışdır.

Bundan əlavə, rayonun müxtəlif küçə və prospektlərində fasad və hasar üzlükləri təmir olunur, yararsız hala düşmüş müvəqqəti hasarlar yenilənir, müasir tələblərə cavab verməyən qeyri-yaşayış obyektləri yeni, ekoloji tələblərə cavab verən, yanğına davamlı materiallarla üzlənir.

Qeyd edək ki, rayon ərazisində müasir tələblərə uyğun keyfiyyətlə həyata keçirilən abadlıq-quruculuq işləri sakinlərdə xoş təəssüratlar və məmnunluq hissi yaradıb və bu işlər davamlı xarakter daşıyır.

 

Keçidlər