Əlif Hacıyev və Musa Əliyev küçələrində səkilərdə təmir-bərpa işləri həyata keçirilib
08 avqust 2025 | 18:03
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nizami rayonu ərazisində mərhələli şəkildə küçə və parkların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yaşayış binalarının təmiri, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması, avtomobil yolları və səkilərdə təmir-bərpa işləri həyata keçirilir.
Görülmüş işlər çərçivəsində piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə rayonun Əlif Hacıyev və Musa Əliyev küçələrində yerləşən səkilər təmir olunaraq sakinlərin istifadəsinə verilib.






