Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov abadlıq işləri gedən məhəllələrdə sakinlərlə görüşüb
28 noyabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayonda aparılan abadlıq-quruculuq işlərinin gedişatı ilə bağlı əraziyə baxış keçirib, Naxçıvanski küçəsi 38, 48 və E.Süleymanov 118 ünvanlarında rayon sakinləri ilə görüşərək, onları narahat edən məsələləri dinləyib.
Naxçıvanski küçəsi 38 və 48 ünvanlarında aparılan abadlıq-quruculuq işləri barədə İcra Hakimiyyətinin başçısı sakinlərə ətraflı məlumat verib.
Bildirilib ki, sakinlərin 2022-ci ildə etdikləri müraciətləri əsasında binaların fasadı, pilləkən qəfəsələri təmir olunub. Hazırda məhəllənin abadlaşdırılması üçün hazırlıq işlərinə başlanılıb. Görüləcək abadlıq işləri çərçivəsində məhəllədə uşaq-əyləncə qurğuları, yeni söhbətgahlar və oturacaqlar quraşdırılacaq, sakinlərin şəxsi avtomobilləri üçün parklama yerləri yaradılacaqdır.
Daha sonra E.Süleymanov küçəsi 118 saylı ünvana baxış keçirərək, səyyar qəbulda sakinlər tərəfindən səsləndirilən məsələlərin icra vəziyyəti ilə maraqlanıb.
Sakinlər qaldırdıqları məsələlərin bir qisminin operativ şəkildə həllindən, digər qisminin həlli istiqamətində görülən işlərdən razılıqlarını ifadə ediblər.
Görüş zamanı sakinlər rayonda həyata keçirilən geniş quruculuq və abadlıq işlərinə, sakinlərin rahatlığı üçün yaradılmış şəraitə və göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.