Nizami rayonu ərazisində işıqlandırma sistemlərinin yenilənməsi işləri davam edirilir
20 iyul 2026 | 15:16
Nizami rayonu ərazisində sakinlərin rahatlığı və təhlükəsizliyi məqsədilə növbəti abadlıq işləri həyata keçirilir.
Tədbirlər çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarda və çoxmərtəbəli yaşayış binalarının həyətlərində xüsusi kran-səbət maşınlarının köməyi ilə işıqlandırma sistemləri nəzarətdən keçirilir. Sıradan çıxmış lampalar və nasaz elektrik naqilləri yeniləri ilə əvəz olunur, dirəklərdə cari təmir işləri aparılır.
Rayon ərazisindəki küçə və məhəllələrin işıqlandırma sistemlərinin yenilənməsi istiqamətində işlər planlı şəkildə davam etdirilir.






