Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonu ərazisində növbəti iməcilik keçirilib

25 may 2024 | 13:37

25 may 2024-cü il tarixində Bakı şəhərində genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq, Nizami rayonu ərazisində də sanitar təmizliyin səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə iməcilik keçirilib.

Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun prospekt və küçələrində təmizlik işləri aparılıb, yol kənarlarındakı məhəccərlərin, işıq dirəklərinin, avtobus dayanacaqlarının, park və istirahət yerlərində oturacaqların, məhəllədaxili və ara yolların yuyulması həyata keçirilib, əməkdaşlar tərəfindən yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

Rayon Yaşıllaşdırma sahəsi tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılıb.

İməciliyə qoşulan ictimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, ətraflarının təmizlənməsi, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.

Keçidlər