Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonu ərazisində növbəti iməcilik təşkil edilib

09 may 2026 | 14:00

Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsinə hazırlıqla əlaqədar bütün Bakı şəhərində olduğu kimi Nizami rayonunda da genişmiqyaslı abadlıq və təmizlik işləri həyata keçirilir.

Görülən tədbirlər çərçivəsində piyadaların hərəkət rahatlığını artırmaq məqsədilə sıradan çıxmış səki örtükləri bərpa edilib və köhnəlmiş tamet daşları yeniləri ilə əvəz olunub. Paralel olaraq, yaşayış binalarının fasadlarında və giriş hissələrində estetik görünüşün qorunub saxlanılması üçün ağartma və boyama işləri görülüb.

Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən yol kənarındakı hasarlar, səkilər, dekorativ metal məhəccərlər, avtobus dayanacaqları və küçə işıqlandırma dirəkləri xüsusi texnika və təzyiqli su vasitəsilə tozdan təmizlənib. Rayon ərazisində təşkil olunan iməciliklərə həmçinin sahibkarlar da fəal qoşularaq iaşə obyektlərinin vitrinlərini və giriş hissələrini səliqəyə salıblar.

“Bakı şəhər işığı” Elektrik Şəbəkə müəssisəsinin Nizami rayon Texniki İstismar Sahəsinin əməkdaşları tərəfindən gecə saatlarında təhlükəsiz hərəkət şəraitinin təmin edilməsi məqsədilə rayonun işıqlandırma sistemlərinə mütəmadi texniki baxış keçirilir. Xüsusi qaldırıcı kranların köməyi ilə həm məhəllədaxili ərazilərdə, həm də əsas magistral yollarda sıradan çıxmış çıraqlar təmir edilib, yanmış lampalar yeniləri ilə əvəzlənib.

Keçidlər