Nizami rayonu ərazisində növbəti ümumrayon iməciliyi keçirilib
Nizami rayonu ərazisində sanitar təmizliyin səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə avqustun 9-da növbəti ümumrayon iməciliyi keçirilib.
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun prospekt və küçələrində təmizlik işləri aparılıb, yol kənarlarındakı məhəccərlərin, işıq dirəklərinin, avtobus dayanacaqlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, əməkdaşlar tərəfindən yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında əlavə təmizlik işləri aparılıb.
Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
İməciliyə qoşulan ictimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, ətraflarının təmizlənməsi, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.






