Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonu, Keşlə qəsəbəsinin parkı əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verildi

15 fevral 2024 | 09:29

Nizami rayonunda məhəllələrin və həyətlərin yenidənqurulması, parkların əsaslı təmiri, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Rayonda həyata keçirilən tədbirlər çərçivəsində növbəti dəfə Keşlə qəsəbəsi Yenikənd küçəsində yerləşən parkda aparılan əsaslı təmir işləri yekunlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Görülmüş əsaslı təmir işləri çərçivəsində parkın ərazisinə 2435 kv.metr tamet daşlar döşənib, 1098 metr bardür düzülüb, 308 kv.metr aqlay, 284 kv.metr qranit və mərmər təbəqələr vurulub. Bundan əlavə, kiçik tullantıların atılması üçün 52 ədəd yeni zibil qutusu qoyulub, əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün parkda 95 ədəd yeni oturacaq qoyulub, azyaşlıların əylənməsi üçün müxtəlif növ uşaq oyun elementlərindən ibarət 2 geniş meydança, yeniyetmə və gənclər üçün isə 10 ədəd idman qurğusu və turnik trenajorları kompleksinin quraşdırıldığı idman meydançası yaradılıb.

Parkda mövcud yaşıllıqların bərpası ilə yanaşı 182 ədəd Eldar şamı və 93 ədəd Kiparis ağacı, 3000-dən artıq bəzək kolu, gül və çiçək əkilib, 150 kv.metr qazon salınıb.

Parkda yaşıllıqların suvarılması üçün su xətti, yağış sularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib, yeni işıqlandırma sistemləri və təhlükəsizlik kameraları  qurulub.

Qəsəbə ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri sakinlərin böyük razılığı ilə qarşılanır, son illər Keşlə qəsəbə sakinlərinə göstərilən diqqətə və qayğıya, görülən işlərə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər