Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda abadlaşdırma işləri davam etdirilir

05 dekabr 2025 | 14:38

Nizami rayonunda davam edən abadlıq-quruculuq işləri çərçivəsində R.Rüstəmov küçəsi 72a ünvanında “Park City” yaşayış kompleksinin qarşısındakı ərazinin mövcud vəziyyəti və orada yaşayan sakinlərin müraciətləri nəzərə alınaraq yenidənqurma və əsaslı təmir işlərinin aparılmasına başlanılıb.

Abadlaşdırılan ərazidə azyaşlı uşaqlar üçün müxtəlif növ əyləncə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğularından ibarət meydançalar yaradılacaq, yeni yaşıllıqlar salınacaqdır.

Hazırda ərazidə elektrik sistemi yenidən qurularaq yeni işıqlandırma dirəklərinin quraşdırılması, yaşıllıqların suvarılması üçün su xəttinin çəkilməsi, səki və tamet daşlarının düzülməsi işləri aparılır.

Keçidlər