Nizami rayonunda abadlıq və quruculuq işləri davam etdirilir
30 oktyabr 2026 | 13:27
Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə Bəhruz Nuriyev küçəsi 4 və 6 ünvanlarında genişmiqyaslı abadlıq işləri aparılır.
Həyətdə söhbətgahlar, oturacaqlar, uşaq oyun qurğuları və idman trenajorları quraşdırılır. Həmçinin yeni ağac və bəzək kolları əkilir, işıqlandırma sistemi yenilənir, səki daşları düzülür və hamarlama işləri görülür.






