Nizami rayonunda abadlıq və yaşıllaşdırma işləri davam etdirilir
09 aprel 2025 | 18:26
Nizami rayonunda yaşıllıqların salınması və abadlıq işlərinin aparılması davam etdirilir. Aprelin 8-də rayonun müxtəlif ünvanlarında növbəti təmizlik və yaşıllaşdırma işləri həyata keçirilib.
Belə ki, mövcud yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, çəmənliklər biçilib, qurumuş ağac budaqları ərazidən götürülüb, ağaclara aqrotexniki qulluq göstərilib, parklar alaq otlarından təmizlənib, çəmənliklərə gübrə verilib. Eyni zamanda, çəmənlik və ağaclar suvarılıb, yaşıllıq zolaqlarına yeni ot örtüyü salınıb, müxtəlif çeşidli gül kolları və dekorativ ağaclar əkilib.