Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda çoxmənzilli yaşayış binalarına yeni liftlər quraşdırılır

03 noyabr 2025 | 11:12

Hazırda Nizami rayonunda B.Nuriyev küçəsi 48, 48a və 50 ünvanlarında 9 mərtəbəli yaşayış binalarında liftlərin dəyişdirilməsinə başlanılıb.

Dəyişdirilən liftlərin əksəriyyəti ötən əsrin 80-90-cı illərində quraşdırılıb və dəfələrlə təmir olunmasına baxmayaraq istismar müddətini başa vurduğundan yararsız vəziyyətdə olan liftlərdir.

Cari ilin sonuna kimi Rüstəmov küçəsi 35, Naxçıvanski küçəsi 102, 104 və 106 ünvanlarındakı binalarda da istismara yararsız liftlərinin yeni liftlərlə əvəzlənməsi həyata keçiriləcəkdir.

Qeyd edək ki, rayon ərazisində istismara yararsız vəziyyətdə olan liftlərin yenilənməsi mərhələli şəkildə davam etdirilərək bütün ünvanları əhatə edəcəkdir.

Keçidlər