Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda daha bir park əsaslı təmir olunur

10 fevral 2025 | 11:11

Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidənqurulması ilə bağlı tapşırıqlarına əsasən Nizami rayonunda abadlıq və yenidənqurma işləri davam etdirilir.

Belə ki, “Neftçilər” metrostansiyasının yaxınlığında Rüstəmov küçəsi boyunca olan parkda əsaslı təmir işlərinə başlanılıb. Hazırda parkda tamet daşları düzülür, yeni oturacaqlar, işıq dirəkləri quraşdırılır, kiçik tullantıların atılması üçün zibil qutuları qoyulur. Eyni zamanda, abadlıq işləri aparılaraq parkdakı yaşıllıqlar bərpa olunaraq qulluq göstərilir.

 

Keçidlər