Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda güclü külək və yağışın yaratdığı fəsadlar aradan qaldırılıb

17 aprel 2025 | 09:43

16 aprel 2025-ci il tarixində gecədən etibarən güclü küləklə müşayiət olunan leysan xarakterli intensiv yağışın yaratdığı problemlərin aradan qaldırılması ilə bağlı Nizami rayonu ərazisində operativ tədbirlər görülüb.

Belə ki, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin, FHN-nin texnikaları və canlı qüvvələri tərəfindən rayonun müxtəlif ünvanlarında yağış suları çəkilərək ərazidən kənarlaşdırılıb.

Xüsusi gücləndirilmiş iş rejiminə keçən kommunal xidmətlər tərəfindən küçə və prospektlərdə mütəmadi olaraq yağış barmaqlıqlarının təmizlənməsi işləri aparılıb, zədələnən ağaclar budanıb, aşan ağaclar götürülərək ərazi təmizlənib.

Hazırda rayon ərazisində kommunal xidmətlər tərəfindən təmizlik işləri davam etdirilir.

Keçidlər