Nizami rayonunda intensiv yağan yağışların fəsadları aradan qaldırılır
06 aprel 2026 | 13:23
05-06 aprel 2026-cı il tarixlərində müşahidə olunan aramsız və intensiv yağışlar nəticəsində yaranan çətinliklərin aradan qaldırılması istiqamətində Nizami rayonu ərazisində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Nizami Rayon Sukanal İdarəsi və Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları ilə canlı qüvvəsi koordinasiyalı şəkildə prosesə cəlb olunub.






