Nizami rayonunda intensiv yağıntıların yollarda yaratdığı fəsadlar aradan qaldırılır
17 aprel 2026 | 17:54
Nizami rayonu ərazisində nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol infrastrukturunun bərpası və abadlıq işləri aparılır.
Son günlər müşahidə olunan intensiv yağışların yol örtüyünə vurduğu ziyanın aradan qaldırılması üçün operativ tədbirlərə başlanılmışdır. Bu işlər çərçivəsində asfalt örtüyündə yağış suları nəticəsində deformasiyaya uğramış və yaranmış çuxurların cari təmiri həyata keçirilir.






