Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda küçə və prospektlər yuyulub, təmizlik işləri aparılıb

12 iyul 2025 | 12:06

Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Nizami rayonunda “Konstitusiya və Suverenlik  ili” çərçivəsində iyulun 12-də növbəti iməcilik təşkil edilib.

Rayonun əsas küçə və prospektləri, eyni zamanda məhəllədaxili və ara yollar xüsusi texnika vasitəsilə, bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub.

Kommunal təsərrüfatı xidmətlərinin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin yuyulması həyata keçirilib, yaşayış məhəllələrində təmizlik işləri görülüb, uşaq-əyləncə qurğuları, məişət tullantıları konteynerləri dezinfeksiya olunub.

Rayon Yaşıllaşdırma sahəsinin əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, ot örtükləri biçilib. Eyni zamanda, mövsümi güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Bundan əlavə, rayon ərazisində abadlıq-quruculuq işləri çərçivəsində insanların gediş-gəlişini asanlaşdırmaq məqsədilə yararsız vəziyyətə düşmüş səkilər və pilləkənlər bərpa olunur.

Keçidlər