Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda küçə və yolların təmiri davam etdirilir

22 iyul 2026 | 15:30

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nizami rayonu ərazisində təmirə ehtiyacı olan küçə və yollarda kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Növbəti təmir-bərpa işləri Müzəffər Nərimanov küçəsinin bir hissəsində aparılıb, yolun asfalt örtüyü tam yenilənib. Həyata keçirilən işlər nəqliyyatın və piyadaların rahat hərəkətinə şərait yaradıb.

Keçidlər