Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti iməcilik keçirilib

18 aprel 2026 | 18:22

Yaz mövsümü ilə əlaqədar paytaxtın sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə, aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırığa əsasən rayon ərazisində növbəti daxili iməclik təşkil olunub.

Səhər saatlarından etibarən rayonun prospekt və küçələri Kommunal Təsərrüfat Xidmətlərinin texnikası vasitəsilə yuyulub. Proses zamanı bitki və canlılara zərər verməyən xüsusi yuyucu maddələrdən istifadə edilib.

Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən səki kənarları, bordürlər, işıq dirəkləri, məhəccərlər, eləcə də park və istirahət yerlərindəki oturacaqlar və avtobus dayanacaqları əsaslı şəkildə təmizlənib. Eyni zamanda, yaşayış məhəllələrində və binaların həyətlərində genişmiqyaslı təmizlik işləri aparılıb.

Nizami Rayon Yaşıllaşdırma sahəsi tərəfindən yol kənarlarındakı ağacların üzərinə yığılan toz-torpaq yuyulub, bitkilərə aqrotexniki qulluq göstərilib. Zədələnmiş budaqlar budanaraq formaya salınıb, ərazidə rəngbərəng güllərdən ibarət yeni kompozisiyalar yaradılıb.

Keçidlər