Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti iməcilik təşkil edilib

05 aprel 2025 | 18:42

Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Nizami rayonunda “Konstitusiya və Suverenlik  ili” çərçivəsində növbəti  iməcilik təşkil edilib.

Aprelin 5-də keçirilən iməcilikdə kommunal xidmətlərin əməkdaşları tərəfindən rayonun ərazisi məişət tullantılarından təmizlənib, yol kənarlarındakı məhəccərlər, bardürlər, məhəllələrdə, parklarda oturacaqlar yuyulub, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, qurumuş ağaclar ərazilərdən götürülüb. Eyni zamanda, xüsusi texnika vasitəsilə rayonun küçə və prospektləri də yuyulub.

Keçidlər